Layihə
Elektroenergetika haqqında
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Bu Qanun elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və istehlakı sahəsində yaranan münasibətləri tənzimləyir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Qanunun məqsədi və tətbiq sahəsi
1.1. Bu Qanunun məqsədi elektrik və istilik enerjisinin istehsalından, ötürülməsindən, paylanmasından, satışı və istehlakından irəli gələn iqtisadi münasibətlərin hüquqi əsaslarını, elektroenergetika sahəsinin tənzimlənməsində dövlət orqanlarının səlahiyyətlərini, elektrik və istilik elektroenergetika subyektlərinin hüquq və vəzifələrini müəyyən etməkdən, elektrik və istilik elektroenergetika subyektləri tərəfindən azad rəqabət şəraitində, ətraf mühitə vurulan zərərin minimuma endirməklə və enerji resurslarından səmərəli istifadə etməklə enerji istehsalçılarının və istehlakçılarının bazara sərbəst girişini təmin etməkdən və istehlakçıları etibarlı, davamlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təchiz etməkdən ibarətdir.
1.2. Bu Qanunun tətbiq sahəsinə aşağıdakılar daxildir:
1.2.1. elektrik və istilik enerjisinin istehsalı;
1.2.2. elektrik enerjisinin ötürülməsi;
1.2.3. elektrik və istilik enerjisinin paylanması;
1.2.4. elektrik və istilik enerjisinin satışı;
1.2.5. elektroenergetika sahəsinin tənzimlənməsində dövlət orqanlarının səlahiyyətləri;
1.2.6. elektroenergetika subyektlərinin hüquq və vəzifələri;
1.2.7. elektroenergetikanın inkişafı;
1.2.8. elektroenergetika bazarının fəaliyyəti;
1.2.9. elektroenergetika obyektlərinin təhlükəsizliyi və mühafizəsi.
Maddə 2. Qanunda istifadə olunan əsas anlayışlar
2.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1.elektroenergetika – elektroenergetika obyektlərindən istifadə olunmaqla elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakı prosesinin mərkəzi operativ-dispetçer idarə edilməsi üzrə yaranan iqtisadi münasibətlər kompleksindən ibarət olan iqtisadiyyat sahəsi;
2.0.2. elektroenergetika sistemi–elektroenergetikanın mərkəzi operativ-dispetçer idarə edilməsi şəraitində elektrik enerjisinin istehsalını (o cümlədən elektrik və istilik enerjisinin birgə rejimdə istehsalını), ötürülməsini və paylanmasını vahid texnoloji prosesdə birləşdirən elektroenergetika obyektlərinin məcmusu;
2.0.3.elektroenergetika obyektləri – elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması prosesində istifadə olunan elektrik stansiyaları, yarımstansiyaları, elektrik verilişxətləri, mərkəzi operativ-dispetçer xidməti üçün lazım olan bina və ya qurğular;
2.0.4. elektroenergetika subyektləri- Azərbaycan Respublikasının ərazisində elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslər
2.0.5. elektrik və istilik enerjisinin istehsalçısı – texnoloji cəhətdən bir-biri ilə bağlı olmayan, lakin mülkiyyət hüququ ilə bir hüquqi şəxsə mənsub olan bir neçə elektrik stansiyalarında və ya bir elektrik stansiyasında elektrik və istilik enerjisini istehsal edən, hüquqi və iqtisadi cəhətdən elektroenergetika fəaliyyətinin digər subyektlərindən asılı olmayan hüquqi şəxs.
2.0.6.elektrik enerjisinin ötürücüsü (Sistem operatoru)–vahid mərkəzdən idarə olunan, mülkiyyətində və ya Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq istifadəsində 110 kV və ondan yuxarı yüksək gərginlikli elektrik xətləri və elektrik yarımstansiyaları olan, mərkəzi operativ-dispetçer xidmətini həyata keçirən, digər dövlətlərin enerji sistemləri ilə paralel işi təşkil edən, enerji sistemində balanslaşdırmanı təmin edən, sistem xidmətləri göstərən və elektrik enerjisinin topdansatış bazarının subyektlərindən köməkçi xidmətlər əldə edən, həmçinin elektrik enerjisinin ötürülməsini həyata keçirən və ötürücü elektrik şəbəkəsinə texniki xidmətlər göstərməklə onun işlək vəziyyətdə saxlanılmasını təmin edən hüquqi şəxs;
2.0.7.elektrik enerjisinin paylayıcısı (Paylayıcı sistem operatoru)– mülkiyyətində və ya Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq istifadəsində olan 110 kV-dan aşağı gərginlikli elektrik veriliş xətləri, elektrik yarımstansiyaları və bu fəaliyyətlə bağlı digər təsərrüfat obyektləri olan, öz şəbəkələri vasitəsilə istehlakçıları etibarlı elektrik enerjisi ilə təchiz edən hüquqi şəxs.
2.0.8. istilik enerjisinin paylayıcısı– mülkiyyətində və ya Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq istifadəsində olan istilik enerjisi xətləri və bu fəaliyyətlə bağlı digər təsərrüfat obyektləri olan, öz şəbəkələri vasitəsilə istehlakçıları etibarlı istilik enerjisi ilə təchiz edən hüquqi şəxs.
2.0.9. elektrik və istilik enerjisinin satıcısı– istehsalçıdan alqı-satqı müqaviləsi əsasında satın alınmış və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada əldə edilmiş elektrik və ya istilik enerjisini istehlakçılara satan hüquqi və ya fiziki şəxs.
2.0.10. elektrik enerjisinin istehlakçısı – son və topdan satış bazarın istehlakçısı;
2.0.11. topdan satış bazarın istehlakçısı– elektroenergetika sistemi daxilində və ya ondan kənar elektrik enerjisini satmaq məqsədi ilə elektrik enerjisini alan fiziki və ya hüquqi şəxs;
2.0.12. son istehlakçı- elektrik enerjisindən öz məqsədləri üçün istifadə edənməişət və qeyri-məişət istehlakçısı;
2.0.13.məişət istehlakçısı– elektrik enerjisindənməişət (qeyri-sahibkarlıq) məqsədləriüçün istifadə edən fiziki şəxs;
2.0.14.qeyri-məişət istehlakçısı - elektrik enerjisindən qeyri-məişət (sahibkarlıq) məqsədləri üçün istifadə edən fiziki və ya hüquqi şəxs;
2.0.15.elektrik şəbəkəsi – elektrik enerjisinin ötürücü və paylayıcı şəbəkələrin məcmusu;
2.0.16.elektrik enerjisinin ötürücü şəbəkəsi – elektrik enerjisinin ötürülməsi üçün birgə fəaliyyət göstərən yüksək gərginlikli transformator yarımstansiyalarından, ötürücü qurğulardan, sistem əhəmiyyətli 110 kV-dan yuxarı yüksək gəginlikli kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğularının məcmusu;
2.0.17. elektrik enerjisinin paylayıcı şəbəkəsi –elektrik enerjisini istehlakçılara paylanması üçün elektrik enerjisinin ötürücü şəbəkəsinin (və ya elektrik stansiyasının) qoşulma nöqtəsindən sonra və elektrik enerjisinin istehlakçıların elektrik qurğularının qoşulma nöqtəsindən qabaq yerləşən və birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından, paylayıcı qurğulardan, 110 kV-dan aşağı yüksək gərginlikli kabel və hava elektrik verilişi xətlərindən ibarət olan elektrik qurğularının məcmusu;
2.0.18.qəza ehtiyatı (bron)– qəza hallarında elektrik enerjisinin fasiləsiz təchizatını tələb edən obyektlərinəsas qurğularının işləməsini təmin etməklə onların fəaliyyətinin pozulmasının, həmçinin ekoloji, sosial və iqtisadi fəsadların qarşısının alınması üçün zəruri olan minimal elektrik gücüdür;
2.0.19.qəza –elektrik qurğularının və ya onların hissələrinin istismar zamanı dayanmasına və ya sıradan çıxmasına səbəb olan texnoloji parametrlərdən kənarlaşma;
2.0.20.sistem xidmətləri–sistem operatoru tərəfindən elektrik enerjisinin ötürülməsi, texniki dispetçerləşdirmə, aktiv və reaktiv gücün tənzimlənməsi və ehtiyatının yaradılması, elektrik enerjisinin istehsal-istehlakının balanslaşdırılması üzrə elektrik enerjisinin topdansatış bazarının iştirakçılarına göstərilən xidmətlər;
2.0.21.köməkçi xidmətlər–sistem operatorunun aktiv və reaktiv gücün operativ ehtiyatı strukturunun və həcminin təmin edilməsi, cərəyanın tam kəsildiyi halda elektroenergetika sisteminin işə salınması üçün elektrik enerjisinin topdansatış bazarının subyektlərindən əldə etdiyi xidmətlər;
2.0.22.əməliyyat sutkası–elektrik enerjisinin topdansatış bazarının subyektləri arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqavilələrinin icrası üçün sistem operatorunun mərkəzi operativ-dispetçer idarəetmə əməliyyatını həyata keçirdiyi cari sutka;
2.0.23.mərkəzi operativ-dispetçer idarəetməsi–sistem operatoru tərəfindən elektroenergetika sistemində normativ etibarlılıq səviyyəsinin təmin edilməsi və elektrik enerjisinin normativ keyfiyyətinə riayət olunması üzrə enerji istehsal edən, ötürən, paylayan müəssisələrin və istehlakçıların texniki cəhətdən razılaşdırılmış fəaliyyətinin fasiləsiz idarə edilməsi prosesi;
2.0.24.elektrik enerjisinin qeyri-balansı– sistem operatoru tərəfindən təsdiqlənmiş elektrik enerjisinin istehsal-istehlakının sutkalıq qrafikinin saat hesabı hədləri ilə faktiki istehsalistehlak arasındakı fərq;
2.0.25.texniki dispetçerləşdirmə – Azərbaycan Respublikasının energetika sistemində elektrik enerjisinin istehsal-istehlak rejimlərinin mərkəzi operativ-dispetçer idarə edilməsi üzrə sistem operatoru tərəfindən göstərilən xidmət;
2.0.26.tənzimləyici orqan –elektrik və istilik enerjisi bazarını tənzimləyən və elektroenergetika sahəsində qiymətləri (tarifləri) müəyyənləşdirən orqan;
2.0.27.mühafizə zonası–elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılması, onların zədələnməsinin qarşısının alınması, həmçinin bu şəbəkələrin mühafizə zonasına daxil olan əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi ayrılmış torpaq sahələri, su və hava məkanları;
2.0.28.elektrik gücünün tənzimlənməsi–sutkalıq qrafiklə planlaşdırılmış və ya planlaşdırılmamış mübadilə üçün nəzərdə tutulmuş elektrik enerjisi həcmlərində sıfır dərəcəli saldo şərtinə riayət etməklə, elektrik enerjisinin topdansatış bazarı subyektinin faktiki elektrik yükünün onun sifariş etdiyi elektrik yükündən kənarlaşmanın aradan qaldırılması üzrə göstərilən xidmət;
2.0.29.elektrik enerjisinin topdansatış bazarının subyektləri–elektrik enerjisinin topdansatış bazarında iştirak edən elektrik enerjisinin istehsalçıları, Sistem operatoru, paylayıcılar, satıcılar, iri istehlakçılar və mərkəzləşdirilmiş bazarın operatoru;
2.0.30.elektrik enerjisinin pərakəndə satış bazarının subyektləri–elektrik enerjisinin pərakəndə satış bazarında iştirak edən elektrik enerjisinin satıcıları, elektrik və istilik enerjisinin paylayıcısı və istehlakçılar;
2.0.31.elektrik enerjisinin pərakəndə satış bazarı –elektrik enerjisinin topdansatış bazarından kənarda bağlanmış müqavilələr əsasında fəaliyyət göstərən, pərakəndə satış bazarı subyektləri arasında münasibətlərin yaranması;
2.0.32.elektrik enerjisinin topdansatış bazarı–elektrik enerjisinin topdansatış bazarının subyektləri arasında bağlanmış müqavilələr əsasında fəaliyyət göstərən, elektrik enerjisinin satışı, həmçinin sistem və köməkçi xidmətlərin göstərilməsi üzrə münasibətlərin yaranması;
2.0.33. ikitərəfli müqavilə - elektroenergetika subyektləriarasında elektrik enerjisinin alqı-satqısı ilə bağlı yaranan münasibətləri tənzimləyən müqavilə;
2.0.34.elektrik enerjisinin mərkəzləşdirilmiş ticarət bazarının operatoru–elektrik enerjisinin spot-ticarəti də daxil olmaqla, elektrik enerjisinin mərkəzləşdirilmiş ticarətini həyata keçirən təşkilat;
2.0.35.elektrik enerjisinin mərkəzləşdirilmiş bazarı–bu Qanunla müəyyən edilmiş hallar istisna olmaqla könüllülük əsasında elektrik enerjisinin topdansatış bazarı subyektləri tərəfindən elektrik enerjisinin elektron ticarət sistemi vasitəsi ilə alqı-satqısı;
2.0.36. elektrik və istilik enerjisinin istehsalı– elektrik və istilik enerjisinin istehsalına yönəlmiş hərəkətlər;
2.0.37.elektrik enerjisinin ötürülməsi –elektrik enerjisinin elektrik enerjisinin ötürücü şəbəkəsi vasitəsi ilə elektrik enerjisinin elektrik enerjisinin paylayıcılara və istehlakçılara ötürülməsi (satış istisna olmaqla);
2.0.38. elektrik enerjisinin paylanması–elektrik enerjisinin elektrik enerjisinin paylayıcı şəbəkəsi vasitəsi ilə elektrik enerjisinin istehlakçılara ötürülməsi(satış istisna olmaqla);
2.0.39. elektrik enerjinin satışı– elektrik enerjisi istehlakçılarına elektrik enerjisinin alqısatqı müqaviləsi əsasında elektrik enerjisinin satışı və təkrar satışı;
2.0.40.elektrik enerjisinin istehsal-istehlakının sutkalıq qrafiki–elektrik enerjisinin mərkəzləşdirilməmiş və mərkəzləşdirilmiş bazarlarında topdansatış bazarı iştirakçıları arasında elektrik enerjisinin alqı-satqısına dair bağlanmış müqavilələrə müvafiq olaraq, hər təqvim günü üzrə elektrik enerjisinin saathesabı istehsal-istehlakı həcmini nizamlayan, sistem operatoru tərəfindən təsdiq edilmiş sənəd;
2.0.41.elektrik enerjisinin spot-ticarəti–bir gün əvvəl və əməliyyat sutkası dövrü rejimləri ilə qısa müddətlilik əsasında elektrik enerjisinin saathesabı həcmlərlə ticarəti;
2.0.42. balanslaşdırma– sistem operatoru tərəfindən tələb olunan keyfiyyətdə elektrik enerjisinin istehsalı, idxalı, ixracı və istehlakı arasında davamlı balansı təmin edilən hərəkət və proseslər;
2.0.43.balanslaşdırıcı elektrik enerjisi–sistem operatoru tərəfindən təsdiq edilmiş elektrik enerjisinin istehsal-istehlakının saathesabı sutkalıq qrafikinin icrası zamanı yaranan qeyri-balansın aradan qaldırılması üçün istifadə edilən elektrik enerjisi;
2.0.44. elektrik enerjisinin balanslaşdırıcı bazarı – elektrik şəbəkəsinin balanslaşdırma ehtiyaclarını ödəmək üçün yaradılmış topdansatış bazarı;
2.0.45.energetika ekspertizası– elektroenergetika obyektlərinin energetika avadanlıqlarında, habelə elektrik və istilik enerjisi şəbəkələrində baş vermiş texnoloji pozuntular, istehsalat qəzaları hallarında energetika ekspertizasını tənzimləyən normativ hüquqi aktlarına uyğun olaraq keçirilən ekspertiza;
2.0.46. elektrik qurğuları -elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakı üçün lazım olan avadanlıq və onlara aid tikililər.
2.0.47. tikinti obyektləri –tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular;
2.0.48. texniki şərtlər – elektrik və istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik və istilik qurğularının elektrik və istilik enerjisinin şəbəkəsinə qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən, elektrik və istilik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd;
2.0.49.qoşulma nöqtəsi – elektrik və istilik enerjisinin şəbəkəsinə fiziki qoşulma yeri;
Maddə 3. Azərbaycan Respublikasının elektroenergetika haqqında qanunvericiliyi
Azərbaycan Respublikasının elektroenergetika haqqında qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının elektroenergetika sahəsini tənzimləyən digər normativ hüquqi aktlarından ibarətdir.
Maddə 4. Elektroenergetika fəaliyyətinin texnoloji və iqtisadi əsasları
4.1. Elektroenergetika fəaliyyətinin texnoloji əsasını elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakının aniliyi, vahidliyi, fasiləsizliyi, ayrılmazlığı xüsusiyyətləri təşkil edir.
4.2. Elektroenergetika fəaliyyətinin iqtisadi əsasını istehsal edilmiş elektrik enerjisinin topdan və pərakəndə satış bazarlarında dövriyyəsindən yaranan və elektroenergetika obyektlərinin fəaliyyətinin texnoloji xüsusiyyətlərinə əsaslanan sistem münasibətləri təşkil edir.
4.3. Elektroenergetika fəaliyyətinin subyektləri bu sahəyə aid texniki və texnoloji standartlara riayət etməlidirlər.
II fəsil
Elektroenergetika sahəsində idarəetmə və dövlət nəzarəti
Maddə 5. Elektroenergetika sahəsində dövlət tənzimlənməsinin prinsipləri
5. Elektroenergetika sahəsində dövlət tənzimlənməsinin əsas prinsipləri aşağıdakılardır:
5.0.1. Azərbaycan Respublikasının energetika sisteminin vahidliyinin, etibarlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;
5.0.2. elektroenergetika sahəsində dövlət əmlakının səmərəli idarə edilməsi;
5.0.3. elektrik və istilik enerjisinin istehlakçılar tərəfindən istifadəsinin və onların hüquqlarının müdafiəsinin təmin edilməsi;
5.0.4. elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satışı üzrə xərclərin minimuma endirilməsi və qiymətlərinin (tariflərinin) əsassız artırılmasının qarşısının alınması;
5.0.5. energetika sisteminin inkişafı məqsədilə əlverişli mühitin yaradılması və investisiyaların cəlb edilməsi;
5.0.6. elektrik enerjisi bazarında rəqabət mühitinin formalaşdırılması və elektroenergetika subyektlərinin inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması;
5.0.7. təbii inhisarçı subyektlərin xidmətlərindən heç bir ayrı-seçkiliyə yol verilmədən istifadəsinin təmin edilməsi;
5.0.8. istehlakçıların elektrik enerjisinin topdan və pərakəndə satış bazarlarının və elektroenergetika subyektlərinin fəaliyyəti haqqında informasiya almaq hüququnun təmin edilməsi.
Maddə 6. Elektroenergetika sahəsində dövlət tənzimlənməsinin məqsəd və vəzifələri
6.1. Elektroenergetika sahəsində dövlət tənzimlənməsinin məqsədi aşağıdakılardır:
6.1.1. Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi;
6.1.2. istehlakçıların elektrik və istilik enerjisinə olan tələbatını ödəmək məqsədilə energetika sisteminin dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin edilməsi;
6.1.3. elektrik və istilik enerjisi təchizatçıları və istehlakçılarının maraqlarının uzlaşdırılması;
6.1.4. bazar və rəqabət şəraitindən istifadə etməklə, istehlakçıların etibarlı, davamlı, keyfiyyətli, əlçatan və təhlükəsiz elektrik enerjisi ilə təmin edilməsi;
6.1.5. ölkə daxilində istehsal olunan və ya idxal edilən elektrik enerjisindən iqtisadi baxımdan səmərəli və ekoloji cəhətdən təhlükəsiz və dayanıqlı istifadənin təmin edilməsi;
6.1.6. şəffaf, ayrı-seçkiliyə yol verməyən və obyektiv tənzimləmə qaydalarının yaradılması;
6.1.7. regional əməkdaşlığın, özəl investisiyaların, davamlı iqtisadi inkişafın və enerji səmərəliliyinin təşviqi və dəstəklənməsi;
6.1.8. elektroenergetika sahəsində mövcud strukturdan tam ikitərəfli müqavilələr bazarına ardıcıl keçidin təşviqi və dəstəklənməsi;
6.1.9. elektroenergetika subyektlərinin rolları və vəzifələrinin aydın müəyyən edilməsi;
6.1.10. rəqabət mühitinin formalaşdırılması və inkişafı, elektroenergetika kompleksinin dövlət tənzimlənməsi əsasında effektiv, təhlükəsiz fəaliyyətinin və inkişafının təmin edilməsi;
6.1.11. bazar iştirakçılarının hüquqlarına uyğun olaraq, istehlakçıların elektrik və istilik enerjisi satıcısını seçmək hüququnun təmin edilməsi;
6.1.12. təbii inhisar sahəsində fəaliyyətin tənzimlənməsi;
6.1.13. alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsinin
stimullaşdırılması və inkişaf etdirilməsi;
6.1.14. elektrik verilişi xətlərinin və elektrik qurğularının etibarlı və təhlükəsiz istismarının təmin edilməsi;
6.1.15. ətraf mühitin qorunması sahəsində tədbirlərin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması.
6.2. Elektroenergetika sahəsində dövlət tənzimlənməsi aşağıdakı vasitələrlə həyata
keçirilir:
6.2.1. icazələrin verilməsi;
6.2.2. təbii inhisar sahələrində tariflərin tənzimlənməsi;
6.2.3. elektroenergetika obyektlərində inhisarçılığın məhdudlaşdırılması və
elektroenergetika obyektlərinin özəlləşdirilməsi;
6.2.4. elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və paylanmasının təhlükəsizliyinə, etibarlılığına və iqtisadi cəhətdən səmərəliyinə dövlət nəzarəti;
6.2.5. elektroenergetika sahəsində texniki tənzimləmə.
Maddə 7. Tənzimləyici orqanının elektroenergetika sahəsində funksiyaları
7.1. Elektrik və istilik enerjisi bazarında tənzimlənmənitənzimləyici orqan həyata keçirir.
7.2. Tənzimləyici orqan aşağıdakı funksiyaları yerinə yetirir:
7.2.1. tənzimlənən xidmətlərin tarifinin müəyyənləşdirilməsi üzrə metodologiyalar hazırlayır, həmin tarif metodologiyaları əsasında təqdim edilmiş tarifləri təsdiq edir;
7.2.2. texniki istismar, texniki təhlükəsizlik, avadanlıqların istismar xüsusiyyətlərinə aid texniki normativ hüquqi aktları və elektrik və istilik enerjisi istehsal edən, ötürən və paylayan hüquqi şəxslərin texnoloji tələbatları üçün elektrik və istilik enerjisinin sərf normalarını hazırlayır və təsdiq edir;
7.2.3 elektroenergetika bazarına iştirakçıların sərbəst qoşulması üçün müvafiq icra hakimiyyəti orqanına öz tövsiyələrini verir;
7.2.4. icazə almış qurumlara göstərdikləri qiyməti tənzimlənən xidmətlərə görə ödənilən bütün tarifləri təsdiq edir;
7.2.5. rəqabəti məhdudlaşdıran və ya aradan qaldıran hərəkətlərin aşkar etmək və aradan qaldırmaq üçün elektroenergetika bazarının fəaliyyətini monitorinq edir;
7.2.6. elektrik və istilik enerjisinin istehsalçısı, elektrik enerjisinin ötürücüsü, elektrik enerjisinin paylayıcısı və satıcıları üçün keyfiyyətli və səmərəli fəaliyyətin standartlarını hazırlayır və bu standartlara əməl edilməsini təmin edir;
7.2.7. tənzimləyici orqana müraciətlər və göstərdiyi xidmətlərlə bağlı ödəniş cədvəlini hazırlayır, tənzimləyici orqanının fəaliyyətini maliyyələşdirmək üçün illik üzvlülük haqqını müəyyən edir;
7.2.8. icazə verilmiş qurumların maliyyə vəziyyətinin monitorinqini aparır.
7.2.9. Bu Qanunun və elektroenergetika sahəsini tənzimləyən digər normativ hüquqi
aktların icrasını təmin edir
Maddə 8. Elektroenergetika sahəsində dövlət idarəetməsi və nəzarəti
8.1. Elektroenergetika sahəsində dövlət idarəetməsi və nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
8.2. Elektroenergetika sahəsində müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri aşağıdakılardır:
8.2.1. elektroenergetika sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək;
8.2.2. elektroenergetikanın inkişafı ilə bağlı dövlət proqramlarını hazırlamaq və onların icrasına nəzarəti həyata keçirmək;
8.2.3. elektrik və istilik enerjisinin istehsalına, ötürülməsinə, paylanmasına, satışına və idxal-ixrac əməliyyatlarına icazələrin verilməsi;
8.2.4. energetika ekspertizasının keçirilməsi metodikasını və qaydalarını müəyyən etmək;
8.2.5. elektrik enerjisinin sutkalıq istehsal-istehlak qrafikinin tərtib edilməsi qaydalarını müəyyən etmək.
8.2.6. Müvafiq icra hakimiyyəti orqanı aşağıdakılara nəzarət edir:
8.2.6.1. elektrik və istilik enerjisinin keyfiyyətinə dair texniki şərtlərin tələblərinə riayət olunmasına;
8.2.6.2. elektrik və istilik enerjisindən istifadə qaydalarına riayət olunmasına;
8.2.6.3. elektrik və istilik enerjisindən səmərəli və qənaətlə istifadə edilməsi, onların istehsalı, ötürülməsi, paylanması və istehlakı rejimlərinin optimallaşdırılmasına;
8.2.6.4. elektrik stansiyalarının, elektrik və istilik enerjisi şəbəkələrinin payız-qış mövsümünə hazırlığının təmin edilməsinə.
8.3. Müvafiq icra hakimiyyəti orqanı elektroenergetika sahəsində dövlət idarəetməsini və nəzarətini həyata keçirərkən aşağıdakı hüquqlardan istifadə edir:
8.3.1. elektroenergetika qurğularına texniki baxış keçirilməsi üçün onların quraşdırıldığı yerə maneəsiz daxil olmaq;
8.3.2. elektrik stansiyalarının, elektrik və istilik enerjisi şəbəkələrinin energetika avadanlıqlarının, habelə istehlakçılara məxsus elektrik və istilik enerjisi qurğularının texniki vəziyyətini araşdırmaq;
8.3.3. dövlət nəzarətinin həyata keçirilməsi üçün elektroenergetika fəaliyyətinin subyektlərindən zəruri məlumatları və sənədləri tələb etmək;
8.3.4. aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün tələbnamə vermək;
8.3.5. elektroenergetikasahəsində istifadə olunan qurğular və avadanlıqlar müvafiq standartlara cavab vermədikdə onların istifadəsinə və enerji təchizatına qadağalar qoymaq;
8.3.6. enerjidən istifadə qaydalarını pozan şəxslərin qanunvericiliklə müəyyən olunmuş məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;
8.3.7. elektroenergetika qurğularının istismarının texniki vəziyyətinə və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün elektrik və istilik enerjisini istehsal edən, ötürən, paylayan və satış məqsədilə alan hüquqi və fiziki şəxslərin işçilərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş elektroenergetika sahəsində texniki istismar və təhlükəsizlik qaydaları haqqında biliklərini yoxlamaq;
8.3.8. elektrik və istilik enerjisinin təhlükəsiz və səmərəli istehsalı, ötürülməsi, paylanması və istifadəsi ilə bağlı energetika ekspertizası keçirmək;
8.3.9. elektroenergetika qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
8.3.10. elektrik və istilik avadanlıqlarına baxış keçirilməsinə, elektroenergetika təşkilatlarında monitorinq aparılmasına və elektrik stansiyalarının, elektrik və istilik enerjisi şəbəkələrinin işində yaranmış texnoloji pozuntuların araşdırılmasına ekspertləri cəlb etmək.
8.4. Elektroenergetika sahəsində dövlət nəzarəti yoxlama yolu ilə həyata keçirilir.
8.5. Elektroenergetika obyektlərinin yoxlanılması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş qaydada və hallarda aparılır.
Maddə 9. Elektroenergetika sahəsində fəaliyyətə icazə
9.1. Elektrik enerjinin istehsalı, ötürülməsi, paylanması, satışı, idxalı və ixracı icazə əsasında həyata keçirilir.
9.2. Energetika sahəsində icazələrin müəyyən edilməsinin meyarlarını, onların siyahısını, icazə sisteminin dövlət tənzimlənməsinin prinsiplərini, icazənin, onun dublikatının və əlavəsinin verilməsi, icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydalarını, icazə verən orqanların, onların vəzifəli şəxslərinin və icazə sahiblərinin məsuliyyəti “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
9.3. Mülkiyyət növündən asılı olmayaraq hüquqi və fiziki şəxslərə icazə qanunvericiliklə müəyyən olunmuş qaydada verilir.
9.4. Elektroenergetika sahəsində fəaliyyətə icazə maraqlı tərəfin ərizəsi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
9.5. Ərizədə aşağıdakılar göstərilir:
9.5.1. hüquqi şəxs olduqda - adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı və fəaliyyət növü;
9.5.2. fiziki şəxs olduqda – adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü.
9.6. Ərizəyə əlavə olunur:
9.6.1. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
9.6.2. ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
9.6.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
9.6.4. ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti;
9.6.5. müraciət edən şəxsin işçi heyətinin müvafiq ixtisas dərəcəsi haqqında sənədlər;
9.6.6. işçi heyətinin müvafiq texniki təhlükəsizlik qrupuna malik olması haqqında arayış;
9.7. Yeni elektroenergetika obyektlərinin layihə qabağı texniki-iqtisadi əsaslandırılması və işçi layihəsi icazə üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
9.8. İcazə almaq üçün aşağıdakı tələblər yerinə yetirilməlidir:
9.8.1. elektrik və istilik enerjisinin istehsal həcminə uyğun tələbatın mövcudluğu;
9.8.2. müvafiq ərazi hüdudlarında enerjinin qənaəti və səmərəli təchizatı;
9.8.3. ətraf mühitin, tarix və mədəniyyət abidələrinin qorunması ilə əlaqədar müvafiq tədbirlərin icrası.
9.9. İcazə verilərkən elektrik və istilik enerjisi qurğularının quraşdırılmasının, sazlanmasının, işə salınmasının və istismarının müvafiq texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilməsi nəzərə alınır.
9.10. İcazə verilməsindən aşağıdakı hallarda imtina edilir:
9.10.1. İcazə alınması üçün tələb olunan sənədlər tam təqdim edilmədikdə;
9.10.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;
9.10.3. müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin zəruri texniki-iqtisadi imkanları olmadıqda;
9.10.4. müraciət etmiş ərizəçi və ya işə cəlb ediləcəyi nəzərdə tutulan mütəxəssislər müvafiq ixtisasa malik olmadıqda;
9.10.5. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
9.11. İcazə almaq üçün irəli sürülən tələblər ərizəçi tərəfindən yerinə yetirilərsə, icazənin verilməsindən imtina qadağandır.
9.12. Hüquqi və fiziki şəxslər onlara verilmiş icazədən irəli gələn vəzifələri, o cümlədən işçilərin ixtisas dərəcəsinə aid tələbləri yerinə yetirmədikdə və icazə verən orqan tərəfindən onlara xəbərdarlıq edildikdən və çatışmazlıqların aradan qaldırılması üçün verilən vaxt bitdikdən sonra da belə hal davam edərsə, icazə ləğv edilir.
9.13. Elektroenergetika sahəsində icazələr başqa şəxsə ötürülə bilməz.
9.14. Elektroenergetika sahəsində icazələr müddətsiz verilir.
Maddə 10. Elektroenergetika fəaliyyətinin antiinhisar tənzimlənməsi
10.0. Elektroenergetika fəaliyyətinin subyektləri tərəfindən aşağıdakılar da daxil olmaqla antiinhisar qanunvericiliyinin pozulmasına yol verilmir:
10.0.1. elektroenergetika subyektlərinin bazar qiymətlərinin dəyişdirilməsi və saxlanılması məqsədi daşıyan sövdələşmələrinə;
10.0.2. elektrik enerjisinin alqı-satqı müqavilələrindən əsassız imtinaya;
10.0.3. texniki imkanlar olduğu halda təbii-inhisar xarakterli xidmətlər göstərilməsi haqqında müqavilənin bağlanmasından əsassız imtinaya;
10.0.4. topdan və pərakəndə satış bazarlarının ayrı-ayrı subyektləri üçün fərqli və ya əlverişli şəraitin yaradılmasına;
10.0.5. elektroenergetika fəaliyyəti subyektlərinin topdan və pərakəndə satış bazarlarında qiymətlərlə manipulyasiya etmələrinə (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması).
III fəsil.
Elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, alqı-satqısı və istehlakından yaranan hüquq və vəzifələr
Maddə 11. Elektrik və istilik enerjisinin istehsalının əsas prinsipləri
11. Elektrik stansiyalarının tikintisinin, istismarının, texniki xidmətin, gücləndirilməsinin, onların müvafiq elektrik şəbəkələrinə qoşulmasının və elektrik və istilik enerjisinin istehsalının əsas prinsipləri aşağıdakılardır:
11.0.1. istehsalçı elektrik şəbəkələrinə qoşulmaya dair texniki şərtlərə və istehsal olunan elektrik enerjisinin keyfiyyəti müəyyən edilmiş tələblərə cavab verdiyi hallarda elektrik bazarında iştirak edir;
11.0.2. istehsalçı pərakəndə satış bazarında istehsal etdiyi elektrik enerjisini yalnız elektrik enerjisinin satışına icazə aldığı təqdirdə satmaq hüququna malikdir;
11.0.3. istehsalçı elektrik enerjisinin ötürülməsi və ya paylanması fəaliyyətini həyata keçirən hər hansı bir müəssisədən hüquqi cəhətdən müstəqil olmalıdır;
11.0.4. istehsalçı elektrik enerjisinin ötürülməsinə və ya elektrik enerjisinin paylanmasına dair icazəyə malik ola bilməz;
Maddə 12. Elektrik və istilik enerjisinin istehsalçısının hüquq və vəzifələri
12.1.Elektrik və istilik enerjisinin istehsalçısı aşağıdakı hüquqlara malikdir:
12.1.1.keyfiyyət göstəricilərinə, ətraf mühitin mühafizəsi tələblərinə və qanunla nəzərdə tutulmuş təhlükəsizlik tələblərinə uyğun olaraq elektrik enerjisini istehsal etmək;
12.1.2. topdan elektrik enerjisi bazarında elektrik enerjisini və köməkçi xidmətlərini satmaq;
12.1.3. pərakəndə elektrik enerjisi bazarında elektrik enerjisini satmaq;
12.1.4. kogenerasiya rejimində istehsal olunan istilik enerjisini satmaq;
12.1.5. dövlət dəstəyi sisteminə müraciət etmək.
12.1.6. ayrı-seçkiliyə yol vermədən və bazar prinsipləri əsasında istehsal etdiyi enerjini bazar iştirakçılarına təklif etmək;
12.1.7. bu Qanunun tələblərinə və texniki imkanlarına uyğun olaraq Sistem operatoruna köməkçi xidmətlər təklif etmək;
12.2. Elektrik və istilik enerjisinin istehsalçısının aşağıdakı vəzifələri vardır:
12.2.1.verilmiş icazəyə əsasən ötürücü və paylayıcı şəbəkələrə qoşulma nöqtəsində razılaşdırılmış güc həcmlərini təmin etmək;
12.2.2. elektroenergetika sahəsinə aid normativ hüquqi aktlara və icazə şərtlərinə riayət etmək;
12.2.3. müvafiq icra hakimiyyəti orqanına və tənzimləyəci orqana müvafiq hesabatlar və məlumatlar təqdim etmək;
12.2.4. elektrik stansiyasının etibarlı və fasiləsiz işini təmin etmək;
12.2.5. ətraf mühitin qorunması və enerji səmərəliliyinin artırılmasına dair tələblərə riayət etmək.
Maddə 13. Sistem operatoru
13.1. Sistem operatoru aşağıdakı funksiyaları yerinə yetirir:
13.1.1. elektrik enerjisinin müqavilələrə uyğun ötürülməsi üçün elektrik şəbəkəsinə sistem və texniki xidmətlər göstərməklə onun dayanıqlı fəaliyyətini təmin edir;
13.1.2. elektroenergetika balansının tərtib edilməsi və elektrik enerjisinin sutkalıq istehsal-istehlak qrafikinin formalaşdırılması da daxil olmaqla, elektrik stansiyalarının və yüksək gərginlikli elektrik şəbəkələrinin iş rejimləriinin təmin edilməsi üzrə mərkəzi operativ-dispetçer xidməti göstərir;
13.1.3. elektrik stansiyalarının və yüksək gərginlikli elektrik şəbəkələrinin etibarlı, effektiv və dayanıqlı işini təmin edir;
13.1.4. elektrik enerjisi tezliyininin stabil saxlanması üzrə gücün avtomatik tənzimlənmə sistemini, əks-qəza və sistem avtomatikasının normal fəaliyyətini təmin edir;
13.1.5. elektrik enerjisinin istehsal-istehlakında yaranmış qeyri-balansın tənzimlənməsi üzrə sistem xidmətləri göstərir;
13.1.6. elektroenergetika sisteminə qoşulmuş elektrik enerjisinin topdansatış bazarının bütün subyektləri tərəfindən elektrik enerjisinin istehsal-istehlakının sutkalıq qrafikinə, ötürücü və paylayıcı şəbəkələr arasında razılaşdırılmış elektrik enerjisinin saldo-axımına riayət olunmasını təmin edir;
13.1.7. elektrik enerjisinin istehsal-istehlakında yaranmış qeyri-balansın müəyyən olunmuş qaydada maliyyə tənzimlənməsini həyata keçirir;
13.1.8. ehtiyat gücün həcmini, strukturunu, enerji istehsal edən müəssisələr arasında bölüşdürülməsini müəyyən edir;
13.1.9. elektrik gücü çatmadıqda sistemin dayanıqlılığını təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydalara uyğun elektrik enerjisi təchizatına məhdudiyyəti həyata keçirir;
13.1.10. sistemdə baş verən qəzaların aradan qaldırılmasına ümumi rəhbərliyi həyata keçirir;
13.1.11. fövqəladə hallar zamanı energetika sisteminin idarəedilməsini təmin etmək üçün ehtiyat dispetçer xidmətindən istifadə edir;
13.1.12. elektrik enerjisinin balanslaşdırıcı bazarının, həmçinin sistem və köməkçi xidmətlər bazarının real vaxt rejimində fəaliyyətini təşkil edir;
13.1.13. paralel iş rejiminin dayanıqlığını təmin etmək üçün həmsərhəd dövlətlərin elektroenergetika sistemləri ilə əməkdaşlıq edir;
13.1.14. elektrik enerjisinin topdansatış bazarının yeni subyektlərinə elektrik şəbəkələrinə ayrı-seçkiliyə yol vermədən qoşulmasını təmin edir;
13.1.15. elektrik enerjisinin topdansatış bazarının iştirakçılarını kommersiya və qanunla qorunan digər sirr hesab olunmayan məlumatlarla təmin edir;
13.1.16. elektrik stansiyalarının və yarımstansiyaların əsas avadanlıqlarının, elektrik verilişi xətlərinin, rele mühafizəsi qurğularının, əks-qəza avtomatikasının və texnoloji idarəetmə sistemlərinin təmirə saxlanılmasına və təmirdən sonra istismara buraxılmasına razılıq verir.
13.2. Sistem operatoru mərkəzi operativ-dispetçer xidmətini həyata keçirir.
13.3. Mərkəzi operativ-dispetçer xidmətinin funksiyalarını aşağıdakılar daxildir:
13.3.1. elektrik enerjisinin dövlətlərarası axımı rejimlərinin idarə edilməsi;
13.3.2. energetika sistemində texnoloji pozuntuların qarşısının alınması, lokallaşdırılması və aradan qaldırılması;
13.3.3. energetika sistemində ehtiyat gücün operativ idarə edilməsi;
13.3.4. energetika sistemində elektrik enerjisinin istehsal-istehlakının sutkalıq qrafikinin tərtib və təsdiq edilməsi;
13.3.5. elektrik enerjisinin topdansatış bazarında elektrik enerjisinin istehsal-istehlakı üzrə sutkalıq faktiki balansın tərtib edilməsi.
13.4. Elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakı üzrə yaranan münasibətlərin iştirakçıları sistem operatorunun balanslaşdırıcı bazarda elektrik enerjisinin istehsal-istehlakının müqavilə və faktiki miqdarı arasında yaranmış qeyri-balansın nəticələri üzrə təqdim etdiyi balanslaşdırıcı elektrik enerjisi həcminin maliyyə tənzimlənməsinə görə qarşılıqlı öhdəlik daşıyırlar.
13.5. Elektroenergetika sistemində elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakı rejimlərinin operativ idarə edilməsi və müvafiq göstərişlərin verilməsi elektrik enerjisinin tezlik, güc və gərginik kimi cari keyfiyyət xüsusiyyətləri əsasında həyata keçirilir.
13.6. Mərkəzi və yerli dispetçer xidmətlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xüsusi təlimatla tənzimlənir.
13.7. Sistem Operatoru elektroenergetika obyektlərini yüksək gərginlikli elektrik şəbəkələrinə qoşmaqdan imtina edə bilməz.
13.8. Sistem operatoru ötürücü şəbəkənin inkişaf etdirilməsi məqsədi ilə aşağıdakıları həyata keçirməlidir:
13.8.1. elektrik ötürücü şəbəkənin inkişafı üzrə növbəti on (10) il üçün illik plan hazırlamaq və müvafiq icra hakimiyyəti orqana və tənzimləyici orqana təqdim etmək;
13.8.2. elektrik enerjisinə illik, beş-illik və on-illik tələbat proqnozunu hər il hazırlayıb müvafiq icra hakimiyyəti orqanına və tənzimləyici orqana təqdim etmək;
13.8.3. hər il ötürücü şəbəkə üzrə investisiya planlarını hazırlayıb müvafiq icra hakimiyyəti orqanına və tənzimləyici orqana təqdim etmək;
13.8.4. Ötürücü sistemin istismarı planını hazırlamaq.
Maddə 14. Sistem operatorunun mərkəzi operativ-dispetçer xidməti üzrə göstərişləri
14.1. Sistem Operatorunun mərkəzi operativ-dispetçer xidməti həyata keçirilərkən elektrik enerjisinin istehsalı, ötürülməsi,paylanması və istehlakı rejimləri üzrə verdiyi göstərişlərinin icrası elektrik enerjisinin topdansatış bazarının bütün subyektləri üçün məcburidir. 14.2. Sistem operatoru elektrik enerjisinin istehsalı, ötürülməsi,paylanması və istehlakı rejimləri üzrə göstərişlərini yerinə yetirməyən elektrik enerjisinin topdansatış bazarı subyektlərinin elektrik qurğularını elektrik şəbəkələrindən açmaq hüququna malikdir.
Maddə 15. Elektrik və istilik enerjisinin paylayıcının hüquq və vəzifələri
15.1. Elektrik və istilik enerjisinin paylayıcısı bağlanmış müqavilələrə uyğun olaraq öz şəbəkələri vasitəsilə elektrik və ya istilik enerjisi xətlərindən və bu fəaliyyət üçün lazım olan digər təsərrüfat obyektlərindən istifadə edərək, istehlakçıları etibarlı elektrik və ya istilik enerjisi ilə təchiz edir.
15.2. Enerji paylayıcısının hüquqları aşağıdakılardır:
15.2.1. bu Qanunda nəzərdə tutulan hallarda elektrik və istilik enerjisinin təchizatını dayandırmaq;
15.2.2. elektrik və istilik enerjisindən istifadə ilə əlaqədar yaranan mübahisələrin həlli üçün inzibati qaydada və ya məhkəməyə müraciət etmək;
15.2.3. xidmət etdiyi ərazidə fəaliyyət göstərən elektrik və istilik enerjisinin satıcıları ilə xidmət göstərilməsı haqqında müqavilələri bağlamaq.
15.3. Enerji paylayıcısının vəzifələri aşağıdakılardır:
15.3.1. elektrik və istilik enerjisinin təchizatı prosesində texniki istismar və təhlükəsizlik texnikası qaydalarının tələblərinə və elektroenergetika sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə onun səlahiyyətinə aid edilmiş vəzifələrinin yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı verdiyi icrası məcburi rəsmi tələbnamələrə əməl etməli;
15.3.2. elektrik enerjisi satıcılarının müvafiq qaydada müraciəti əsasında istehlakçıların enerjiqəbuledicilərini elektrik və ya istilik enerjisi şəbəkələrinə qoşmalı və elektrik enerjisi satıcıları ilə xidmət göstərilməsı haqqında müqavilə bağlamalı;
15.3.3. istehlakçını elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və miqdarda, habelə dövlət standartlarının tələblərinə uyğun elektrik enerjisi ilə təmin etməli;
15.3.4. elektrik şəbəkəsinin etibarlılığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə onun təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, şəbəkəni texniki cəhətdən saz vəziyyətdə saxlamalı;
15.3.5. elektrik şəbəkəsi üzrə texniki itkilərin müəyyən edilmiş texnoloji sərfiyyat normaları daxilində saxlanmasını təmin etməli;
16.3.6. elektrik enerjisi təchizatının illik iş planında göstərilən müddətlərdə təmirprofilaktika işlərinin aparılması ilə əlaqədar elektrik enerjisinin təchizatının dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli;
15.3.7. istehlakçının elektrik qurğuları dövlət standartlarının tələblərinə cavab vermədiyi, istehlakçıya verilən elektrik enerjisinin sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədiyi və elektrik enerjisnin satıcısı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda elektrik enerjisinin verilişinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli;
15.3.8. elektrik paylayıcı şəbəkəsi istifadəçilərinin kommersiya və biznes məlumatlarının məxfiliyini təmin etmək.
15.3.9. xidmət göstərdiyi ərazi üzrə (məskunlaşmamış ərazi istisna olmaqla) şəbəkənin gücləndirilməsi və texniki cəhətdən saz vəziyyətdə saxlamasını təmin etmək;
15.3.10. şəbəkə üzrə texniki və qeyri-texniki itkiləri minimuna endirmək;
15.4. Paylayıcı aşkar iqtisadi səbəblərdən (baha başa gələn - uzun məsafəyə və az miqdarda enerji ötürmək sifarişi alırsa) istehlakçını şəbəkəyə qoşmaqdan imtina edərsə, həmin istehlakçılar enerji istehsal edən, ötürən və paylayan digər müəssisələr tərəfindən təchiz edilir.
15.5. Yerli ərazı səviyyəsində elektrik enerjisinin paylanması prosesinin texnoloji idarə edilməsini elektrik enerjisinin paylayıcısı həyata keçirir. Yerli dispetçer xidməti öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyətinə cavabdehdir.
15.6. elektrik və istilik enerjisinin paylayıcısı paylayıcı şəbəkənin inkişaf etdirilməsi sahəsində aşağıdakıları etməyə borcludur:
15.6.1. elektrik paylayıcı şəbəkənin inkişafı üzrə növbəti on (10) il üçün illik plan hazırlamaq və müvafiq icra hakimiyyəti orqanına və tənzimləyəci orqana təqdim etmək;
15.6.2. elektrik enerjisindən illik, beş-illik və on-illik tələbat proqnozunu hər il hazırlayıb müvafiq icra hakimiyyəti orqanına və tənzimləyəci orqana təqdim etmək;
15.6.3. elektrik paylayıcı şəbəkəsi üzrə investisiya planlarını hər il hazırlayıb müvafiq icra hakimiyyəti orqanına və tənzimləyəci orqana təqdim etmək;
15.6.4. elektrik paylayıcı şəbəkənin istismarı planınını hazırlamaq.
Maddə 16. Elektrik və istilik enerjisinin satıcısının hüquq və vəzifələri.
16.1. Elektrik və istilik enerjisinin satıcısı aşağıdakı hüquqlara malikdir:
16.1.1. müvafiq sistem operatoru tərəfindən müvafiq ötürücü və (və ya) paylayıcı xidmətlərin göstərilməsini tələb etmək;
16.1.2. son istehlakşilara razılaşdırılmış qiymətə satılan elektrik enerjisinə görə hesabfaktura təqdim etmək;
16.2. Elektrik və istilik enerjisinin satıcısının aşağıdakı vəzifələri vardır:
16.2.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş elektrik enerjisindən istifadə qaydalarına uyğun fəaliyyət göstərmək;
16.2.2. hər istehlakçı kateqoriyası üzrə elektrik enerjisinin alqı-satqısının ümumi şərtlərini vebsaytında dərc etmək;
16.2.3. istehlakçılara onların vəzifələri və hüquqları barədə izah etmək;
16.2.4. istehlakçıların elektrik enerjisnin satıcısını dəyişdirmək hüququnu izah etmək və müraciət edildiyi halda təmin etmək;
16.2.5. müvafiq icra hakimiyyəti orqanına, tənzimləyəci orqana və digər elektroenergetika
subyektlərinə müvafiq hesabatlar və məlumatlar təqdim etmək;
Maddə 17. Elektrik və istilik enerjisi istehlakçılarının hüquq və vəzifələri
17.1. Elektrik və istilikenerjisinin istehlakçılarının hüquqları aşağıdakılardır:
17.1.1. alqı-satqı müqaviləsində nəzərdə tutulmuş elektrik enerjisinin göstəricilərinə uyğun elektrik enerjisi almaq;
17.1.2. bu Qanunnun təlblərinə uyğun olaraq elektrik şəbəkələrinə qoşulmaq və müəyyən edilmiş keyfiyyət parametrlərinə uyğun elektrik enerjisini istehlak etmək;
17.1.3. yerləşdiyi ərazidən asılı olmayaraq enerji satıcısını seçmək;
17.1.5. bağlanmış müqavilələrin şərtlərinə müvafiq olaraq elektrik enerjisinin yetərli həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində vurulmuş ziyanın elektrik enerjisinin paylayıcısı tərəfindən ödənilməsini tələb etmək;
17.1.6. ikitərəfli müqavilələrin bağlanması və icrası ilə əlaqədar yaranan mübahisələrin həlli üçün inzibati qaydada və ya məhkəməyə müraciət etmək.
17.1.7. bütün son istehlakçılar bağlanmış müqavilə əsasında istənilən elektrik və istilik enerjisinin satıcısından etibarlı və fasiləsiz elektrik enerjisini almağa hüququna malikdirlər.
17.1.8.son istehlakçılarmüəyyən edilmiş hallarda (elektrik və istilik enerjisinin satıcısının fəaliyyətinin dayandırılması, onun icazəsinin ləğvi və ya dayandırılması) qısa müddət ərzində elektrik enerjisini verilişinin bərpa edilməsi hüququna malikdir.
17.2. Elektrik və istilik enerjisi istehlakçılarının vəzifələri aşağıdakılardır:
17.2.1. elektrik və istilik enerjisindən istifadə və texniki təhlükəsizlik qaydalarının tələblərinə və elektroenergetika sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etmək;
17.2.2. elektrik enerjisinin alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş enerji istehlakı rejimlərinə riayət etmək;
17.2.3. elektrik və istilik enerjisi qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək;
17.2.4. elektrik və istilik enerjisi qurğularından istifadə qaydaları ilə tanış olmayan şəxslərin elektrik avadanlıqlarından istifadə etməsinə yol verməmək;
17.2.5. müqaviləyə uyğun olaraq istehlak edilən elektrik və ya istilik enerjisinin dəyərini müəyyən olunmuş qaydada ödəmək;
17.2.6. elektrik enerjisinin paylayıcısının və elektrik enerjisinin satıcısının səlahiyyətli nümayəndələrinin 3 gün əvvəl istehlakçıya xəbərdarlıq etməsi şərti ilə elektrik sayğacına baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz daxil olmasını təmin etmək, həmçinin elektroenergetika sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarını elektrik və istilik enerjisi qurğularının texniki vəziyyətinə və istismar təhlükəsizliyinə nəzarət edilməsi üçün onların quraşdırıldığı yerə buraxmaq;
17.2.7. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş elektrik enerjisindən istifadə qaydalarına riayət etmək;.
Maddə 18. Elektrik və istilik enerjisinin paylayıcısınınşəbəkəsinə qoşulma
18.1. Elektroenergetika subyektlərinin müvafiq elektrik şəbəkələrinə qoşulması şəffaf və ayrı-seçkiliyə yol vermədən təmin edilir.
18.2. Elektrik və istilik enerjisi istehlakçısının elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18.3. Elektroenergetika subyektlərinin elektrik şəbəkəsinə qoşulması tənzimləyici orqan tərəfindən təsdiq edilmiş tariflər əsasında təmin edilir.
18.4. İstehlakçının tikinti obyektlərinin qoşulma qaydalarına riayət olunması şərtilə
elektrik və istilik enerjisinin paylayıcısının şəbəkəsinə qoşulmasını tələb etmək hüququ vardır.
IV fəsil
Enerji bazarı vasitəsi ilə elektrik və istilik enerjisi təchizatının təşkili
Maddə 19. Enerji bazarı
19.1. Azərbaycan Respublikasında enerji təchizatı enerji bazarı vasitəsi ilə həyata
keçirilir.
19.2. Elektrik və istilik enerjisi bazarının tənzimlənməsini müstəqil tənzimləyici orqan həyata keçirir.
19.3. Elektrik enerjisi bazarı elektrik enerjisinin topdan və pərakəndə satış bazarlarından, istilikenerjisi bazarı pərakəndə satış bazarlarından ibarətdir.
19.4.Bütün son istehlakçılar elektrik enerjisinin satıcısını sərbəst seçmək və onu dəyişdirmək hüququna malikdirlər.
19.4. Elektroenergetika subyektləri elektrik enerjisini bu Qanunla müəyyən edilmiş qaydada sata və ala bilərlər.
19.5. Enerji bazarının operatoru elektroenergetika subyektlərinin elektrik enerjisi bazarına tənzimləyici orqanın müəyyən etdiyi qaydada sərbəst girişini təmin edir.
19.6. Enerjinin ötürücüsü və paylayıcısı istehsalçı və istehlakçının enerji qurğularını Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş tələblər yerinə yetirildiyi hallarda, öz şəbəkələrinə qoşmaqdan və onlara elektrik və istilik enerjisinin təchizatından imtina edə bilməzlər.
19.7. Elektroenergetika subyektləri arasında yaranan münasibətlər müvafiq müqavilələrlə tənzimlənir.
Maddə 20.Elektrik enerjisinin topdansatış bazarı
20.1. Topdansatış bazarının təşkilinin əsas prinsipləri aşağıdakılardır:
20.1.1. elektrik enerjisinin topdansatış bazarı subyektlərinə aid tələblərə cavab verən bütün satıcıların və alıcıların topdansatış bazarında sərbəst, heç bir ayrı-seçkiliyə yol verilmədən iştirakının təmin edilməsi;
20.1.2. topdansatış bazarı subyektlərinin sərbəst qarşılıqlı əlaqələrinin təmin edilməsi;
20.1.3. elektrik enerjisinin bazar qiymətinin formalaşması və topdansatış bazarında elektrik enerjisinin minimum qiyməti əsasında satıcıların və alıcıların qiymət təklifinin seçilməsi yolu ilə topdansatış bazarı subyektlərinə elektrik enerjisinin alqı-satqı qaydasını seçmək azadlığının verilməsi;
20.1.4. topdansatış bazarı subyektlərinin müqavilə öhdəliklərinə və maliyyə intizamına şərtsiz riayət olunması əsasında qarşılıqlı fəaliyyəti.
20.2. Topdansatış bazarının subyektləri elektrik enerjisinin istehsalçıları, Sistem Operatoru, paylayıcıları, satıcıları, iri istehlakçılar və mərkəzləşdirilmiş bazarın operatoru hesab edilir.
20.3. Elektrik enerjisinin topdansatış bazarı aşağıdakılardan ibarətdir:
20.3.1. bazar iştirakçılarının öz aralarında müstəqil bağladıqları elektrik enerjisinin qiymətini və digər şərtləri özündə əks etdirən alqı-satqı müqavilələri əsasında fəaliyyət göstərən elektrik enerjisinin mərkəzləşdirilməmiş bazarı;
20.3.2. elektrik enerjisinin qısa müddətli (spot-ticarət), orta müddətli (həftə, ay) və uzun müddətli (kvartal, il) alqı-satqısı üçün ticarət mərkəzi kimi təşkil edilmiş mərkəzləşdirilmiş bazar;
20.3.3. Azərbaycan Respublikasının elektroenergetika sistemində sistem operatoru tərəfindən təsdiqlənmiş elektrik enerjisinin sutkalıq istehsal-istehlak qrafikinə əsasən cari əməliyyat sutkası ərzində elektrik enerjisinin istehsalı və istehlakının faktiki və sifariş həcmləri arasında yaranan saathesabı qeyri-balansın maliyyə tənzimlənməsi məqsədilə real vaxt rejimində fəaliyyət göstərən balanslaşdırıcı elektrik enerjisi bazarı;
20.3.4. energetika sisteminin fəaliyyətinin dövlət standartları ilə müəyyən edilmiş təchizatının etibarlılığı və elektrik enerjisinin keyfiyyətinin təmin edilməsi üçün elektrik enerjisinin topdansatış bazarı subyektlərindən elektrik enerjisinin alınması və sistem operatorunun elektrik enerjisinin topdansatış bazarı subyektlərinə müvafiq xidmətləri göstərməsi əsasında fəaliyyət göstərən sistem və köməkçi xidmətlər bazarı.
20.4. Elektrik enerjisinin mərkəzləşdirilmiş bazarının operatoru aşağıdakıları həyata keçirir:
20.4.1. spot-ticarəti təşkil edir və həyata keçirir;
20.4.2. elektrik enerjisinin orta müddətli (həftə, ay) və uzun müddətli (kvartal, il) dövrlər üçün mərkəzləşdirilmiş ticarətini təşkil edir və həyata keçirir;
20.4.3. elektrik enerjisinin topdansatış bazarı subyektlərinin elektrik enerjisinin mərkəzləşdirilmiş bazarına daxil olmalarını təmin edir;
20.4.4. elektrik enerjisinin topdansatış bazarına daxil olmaq istəyən subyektlərin elektrik enerjisinin mərkəzləşdirilmiş topdansatış bazarı subyektlərinə aid tələblərə uyğunluğunu müəyyən edir;
20.4.5. elektrik enerjisinin mərkəzləşdirilmiş ticarətində elektrik enerjisinin alqı-satqısı üzrə bağlanmış müqavilələri qeydiyyata alır və onların uçotunu aparır;
20.4.6. elektrik enerjisinin topdansatış bazarı subyektlərini elektrik enerjisinin mərkəzləşdirilmiş bazarında formalaşmış indikativ qiymətlər haqqında və bazara aid digər məlumatlarla təmin edir.
20.5. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq elektrik enerjisinin topdansatış bazarının subyektləri real vaxt rejimində balanslaşdırıcı bazarda iştirak etməyə borcludurlar.
20.6. Topdansatış bazarında elektrik enerjisinin alqı-satqısı elektrik enerjisinin qiyməti barədə tələbnamənin verilməsi yolu ilə formalaşan topdansatış bazarının uyğunlaşdırılmış qiyməti əsasında, ikitərəfli müqavilə üzrə və ya topdansatış bazarının fəaliyyətinə aid qaydalarla müəyyən edilmiş digər üsullarla həyata keçirilir.
20.7. Topdansatış bazarının subyektləri elektrik enerjisinin alqı-satqısı üsulunu seçməkdə sərbəstdirlər.
20.8. Elektrik enerjisinin topdansatış bazarının fəaliyyəti qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 21. Elektrik və istilik enerjisinin pərakəndə satış bazarı
21.1. Elektrik və istilik enerjisinin pərakəndə satış bazarının subyektləri aşağıdakılardır:
21.1.1. elektrik və istilik enerjisinin satıcıları;
21.1.2. elektrik və istilik enerjisinin paylayıcıları; 21.1.3. elektrik və istilik enerjisinin istehlakçıları.
21.1.4. elektrik və istilik enerjisinin satışı elektrik enerjisinin satışına icazəsi olan şəxslər tərəfindən həyata keçirilir;
21.1.5. elektrik və istilik enerjisinin satışı elektroenergetika sahəsinə aid normativ hüquqi aktlara və icazənin şərtlərinə uyğun həyata keçirilir;
21.1.6. elektrik və istilik enerjisinin satıcısı elektrik enerjisinin satışını və digər xidmətlərin göstərilməsini icazə ilə müəyyən edilmiş ərazidə istehlakçılarla bağlanmış ikitərəfli müqavilə əsasında göstərməlidir;
21.1.7 elektrik və istilik enerjisinin satışı tənzimləyici orqan tərəfindən müəyyən edilmiş tariflər əsasında həyata keçirilir;
21.1.8. elektrik və ya istilik enerjisinin istehlakçısı bu Qanunla müəyyən edilmiş qaydada elektrik və ya istilik enerjisinin satıcısını dəyişdirmək hüququ vardır.
21.2. Pərakəndə satış bazarında elektrik və istilik enerjisinin alqı-satqısı ikitərəfli müqavilələr əsasında həyata keçirilir.
21.3. İstehlakçı elektrik və istilik enerjisinin satıcısını seçməkdə sərbəstdir. Elektrik və istilik enerjisinin satıcısı ilə alqı-satqı müqaviləsi bağlamış istehlakçının enerji təchizatı həmin satıcı ilə elektrik və istilik enerjisinin paylayıcısı arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
21.4. Elektrik enerjisinin pərakəndə satış bazarının fəaliyyəti qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 22.Elektrik və istilik enerjisinin qiymətləri (tarifləri)
22.1. Elektroenergetika sahəsində qiymətlər (tariflər) tənzimləyici orqan tərəfindən müəyyən edilir.
22.2. Elektroenergetika sahəsində qiymətlər (tariflər) aşağıdakılardır:
22.2.1. energetika sistemində enerji təchizatının etibarlığını və elektrik enerjisinin keyfiyyətini təmin etmək üçün sistem operatorunun göstərdiyi xidmətlərin qiymətləri (tarifləri);
22.2.2. elektroenergetika sahəsində sistem operatorunun göstərdiyi mərkəzi operativdispetçer xidmətinin qiyməti (tarifi);
22.2.3. elektrik enerjisinin ötürülməsi qiymətləri (tarifləri);
22.2.4. elektrik və istilik enerjisinin paylanması qiymətləri (tarifləri);
22.2.5. elektrik enerjisinin topdansatış qiyməti (tarifi);
22.2.6. elektrik və istilik enerjisinin pərakəndə satış (istehlakçılara satılan) qiyməti (tarifi);
22.3. Elektrik və istilik enerjisinin qiymətləri (tarifləri) müəssisələrin enerjinin ötürülməsi və paylanması xərclərini tam ödəməklə, onların mənfəətlə işləməsini və ölkədə enerji tələbatının təbii artımı şəraitində elektroenergetikanın inkişafını təmin etməli və sosial-iqtisadi inkişafı stimullaşdırmalıdır.
22.4. Elektrik enerjisinin topdansatış bazarında bazar qiymətinin formalaşmasının eyni vaxtda tətbiq olunan aşağıdakı mexanizmləri mövcuddur:
22.4.1. elektrik enerjisinin satıcıları və alıcıları tərəfindən verilən tələbnamədə göstərilən elektrik enerjisinin qiymət və həcm sifarişinin müqayisəsi əsasında tələb və təklifin və texnoloji şəbəkə məhdudiyyətinin təsiri ilə formalaşan topdansatış bazarında elektrik enerjisinin uyğunlaşdırılmış qiymətinin müəyyən edilməsi;
22.4.2. elektrik enerjisinin alqı-satqısı qiymətini müqavilə tərəflərinin sərbəst müəyyən etməsi.
22.5. Topdansatış bazarında elektrik enerjisinin qiyməti barədə tələbnamənin verilməsi və onların seçilməsi qaydaları, o cümlədən uyğunlaşdırılmış qiymətin formalaşması mexanizmi topdansatış bazarının fəaliyyətinə aid qaydalarla müəyyən edilir.
22.6. Elektrik enerjisinin satıcıları və alıcıları topdansatış bazarının qaydalarına uyğun olaraq elektrik enerjisinin alqı-satqısı haqqında ikitərəfli müqavilə bağlayarkən, elektrik enerjisinin qiymətini və digər şərtlərini müstəqil müəyyən edirlər.
22.7. Elektrik enerjisinin alqı-satqısı barədə ikitərəfli müqavilə üzrə öhdəlik götürmüş elektrik enerjisinin satıcıları və alıcıları qiymət haqqında tələbnamə təqdim etməyə bilərlər.
Maddə 23. Elektroenergetikada müqavilə münasibətləri
23.1. Elektrik enerjisinin ötürülməsi, paylanması, satışı, elektrik gücünün tənzimlənməsi və elektrik enerjisinin istehsal-istehlakının balanslaşdırılması üzrə texnoloji dispetçer xidməti, elektrik enerjisinin topdansatış bazarında mərkəzləşdirilmiş ticarətin təşkili və fəaliyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq bağlanmış müqavilələr əsasında həyata keçirilir.
23.2. Elektrik və istilik enerjisinin alqı-satqı müqaviləsi aşağıdakıları əks etdirməlidir:
23.2.1. elektrik və istilik enerjisinin qiyməti, həcmi, təchizat rejimi;
23.2.2. şəbəkəyə qoşulma və ayırma (məhdudiyyət) şərtləri;
23.2.3. enerjinin keyfiyyət göstəriciləri (təchizatın etibarlılığı, tezlik və gərginlik həddi);
23.2.4. istehlakçının təchizat kateqoriyası;
23.2.5. enerji dəyərinin ödənilməsi şərtləri;
23.2.6. təbii fəlakət və digər fors-major halları istisna olmaqla, qəza və enerjinin alqı-satqı müqaviləsi ilə müəyyən olunan keyfiyyətinə uyğun olmaması nəticəsində dəyən ziyanın
ödənilməsi şərtləri;
23.2.7. istehlakçı və təchizatçının balans mənsubiyyəti sərhədi.
23.3. Topdansatış bazarında elektrik enerjisinin alqı-satqısı, ötürülməsi, elektrik gücünün tənzimlənməsi və elektrik enerjisinin istehsal-istehlakının balanslaşdırılması üzrə texnoloji dispetçer xidmətinin göstərilməsi müqavilələri razılaşdırılmış müddətdə ödənişlər edilmədiyi hallarda enerji təchizatının və ya müvafiq xidmətlərin dayandırılması şərtlərini və qaydalarını əks etdirməlidir.
23.4. Pərakəndə satış bazarında bağlanılan elektrik və istilik enerjisinin alqı-satqı müqavilələri pərakəndə satış bazarının bütün iştirakçıları üçün bərabər şərtləri əks etdirməlidir.
23.5. İstehlakçı müqavilə müddəti qurtarmamış enerjidən imtina edərsə, satıcının müqavilənin pozulması ilə əlaqədar çəkdiyi xərclərin ödənilməsini tələb etmək hüququ vardır.
23.6. İstehlakçıya elektrik enerjisinin verilməsi aşağıdakı hallarda dayandıra bilər:
23.6.1. istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
23.6.2. elektrik enerjisi satıcısı istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya elektrik enerjisi satıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;
23.6.3. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
23.6.4. elektrik enerjisinin satıcısı ilə müvafiq müqavilə bağlanmadıqda; 23.6.5. məhkəmənin qərarı ilə;
23.6.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.
23.7. İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Elektrik və istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisinin verilməsinin dayandırılması qadağandır.
23.8. İstehlakçıya verildiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).
23.9. Elektroenergetika sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almasına elektroenergetika subyektləri tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
V fəsil
Elektroenergetika sahəsində təbii ehtiyatlardan istifadə
Maddə 24. Torpaq sahələrindən istifadə
24.1. Elektroenergetika obyektlərinin tikintisi, istismarı və təmiri məqsədilə torpaq sahələri elektroenergetika obyektləri mülkiyyətçilərinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada daimi və ya müvəqqəti istifadəyə verilir.
24.2. Dövlət əhəmiyyətli elektroenergetika obyektlərinin tikintisi aparılan və yüksək gərginlikli elektrik xətlərinin keçdiyi torpaq sahələri onların mülkiyyətçilərinə daimi istifadəyə verilir.
24.3. Belə torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada sənaye və nəqliyyat əhəmiyyətli torpaq sahələri kateqoriyasına keçirilir.
24.4. Elektroenergetikanın inkişafı məqsədilə dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir.
24.5. Elektroenergetika obyektlərinin yerləşdiyi ərazidə ətraf mühitin və əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mühafizə zonaları müəyyənləşdirilir.
24.6. Mühafizə zonalarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan kənd təsərrüfat işləri aparıla bilər.
Maddə 25. Su ehtiyatlarından istifadə
Su elektrik stansiyaları tərəfindən süni və təbii su tutarlarının ehtiyatlarından istifadə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş su ehtiyatından istifadə qaydalarına və su rejiminə uyğun həyata keçirilir.
Maddə 25. Ətraf mühitin mühafizəsi
Elektroenergetika müəssisələri ətraf mühitin qorunması üzrə dövlət standartlarına əməl etməklə onların pozulmasına görə məsuliyyət daşıyır və ətraf mühitə zərərli təsirin azaldılmasına yönəldilmiş texniki və təşkilati tədbirləri həyata keçirirlər.
VI fəsil
Elektroenergetikanın inkişafı
Maddə 26. Elektroenergetikanın inkişaf proqramı və maliyyələşdirilməsi
26.1. Elektroenergetikanın inkişaf proqramı bütün strateji elektroenergetika obyektlərini, onların hüquqi və maliyyə təminatını özündə əks etdirir.
26.2. Elektroenergetikanın inkişaf proqramı layihələri Azərbaycan Respublikasının dövlət büdcəsi, enerji resurslarından səmərəli istifadə fondu, hüquqi və fiziki şəxslərin vəsaitləri, o cümlədən xarici investisiyalar hesabına maliyyələşdirilir.
26.3. Bu proqram hər ilin yekunlarına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəqiqləşdirilir və dövlət energetika strategiyasının vacib tərkib hissəsi kimi qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq olunur.
Maddə 27. Elektroenergetika obyektlərinin tikintisi, genişləndirilməsi və yenidən qurulması
27.1. Elektroenergetika obyektlərinin tikintisi, genişləndirilməsi və yenidən qurulması müvafiq dövlət proqramlarına və normativ texniki sənədlərə uyğun olaraq həyata keçirilir.
27.2. Elektroenergetika obyektlərinin tikintisi, genişləndirilməsi və yenidən qurulması layihələri onların texniki-iqtisadi əsaslandırılmaları bu işlərin icrasına icazəsi olan layihə təşkilatları tərəfindən həyata keçirilir və müvafiq icra hakimiyyəti orqanına təsdiq üçün təqdim olunur.
27.3. Elektroenergetika obyektlərinin tikintisi, genişləndirilməsi və yenidən qurulması dövlət energetika strategiyasına uyğun iqtisadi effektivlik, etibarlılıq və təhlükəsizlik tələblərinin, habelə ətraf mühitin və enerji resurslarından səmərəli istifadə normativlərinin əsasında həyata keçirilir.
VII fəsil
Elektroenergetika obyektlərinin təhlükəsizliyi və mühafizəsi
Maddə 29. Elektroenergetika sahəsində təhlükəsizliyə dair ümumi tələblər
29.1. Elektrik qurğularının, elektrik və istilik enerjisi şəbəkələrinin, istehlakçılara məxsus avadanlıqların istismarı üzrə həyata keçirilən texniki-təşkilati tədbirlər insanların sağlamlığını, həyatının və ətraf mühitin təhlükəsizliyini təmin etməlidir.
29.2. Elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakı üçün nəzərdə tutulmuş elektrik qurğuları, elektrik və istilik enerjisi şəbəkələri, istehlakçılara məxsus avadanlıqlar texniki tənzimləmə obyektləridir.
29.3. İstehlakçıların enerji qəbuledicilərində elektrik enerjisinin keyfiyyət göstəriciləri müəyyən edilmiş normalara uyğun olmalıdır.
29.4. Elektrik enerjisinin keyfiyyətinin qiymətləndirilməsi qaydası elektrik enerjisi
təchizatına dair müqavilələrlə müəyyən edilir.
Maddə 30. Elektroenergetika sahəsində istifadə edilən qurğuların və elektrotexniki avadanlıqların təhlükəsizliyinə dair tələblər
30.1. Elektroenergetika subyektləri tikinti, quraşdırma, sazlama, istismar və təmir işləri apararkən “Elektrik qurğularının istismarında texniki təhlükəsizlik qaydaları”na riayət etməlidirlər, onların pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır və istismarda olan qurğuların işçilərə zərərli və təhlükəli təsirinin azaldılmasına yönəldilmiş texniki, təşkilati və digər tədbirləri həyata keçirirlər.
30.2. Elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakı üçün nəzərdə tutulmuş elektrik stansiyalarının, elektrik və istilik enerjisi şəbəkələrinin avadanlıqları, istehlakçıların qurğuları texniki standartlarla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
Maddə 31. Elektroenergetika obyektlərinin istehsalat fəaliyyətinə müdaxilənin yolverilməzliyi
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə yerli özünüidarəetmə orqanları elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması və ya bu proseslərin texnoloji idarə edilməsi ilə məşğul olan hüquqi şəxslərin istehsalat fəaliyyətinə müdaxilə edə bilməzlər.
Maddə 32. Elektroenergetika obyektlərinin mühafizəsinin təmin edilməsi
32.1. Dövlət əhəmiyyətli elektroenergetika obyektlərinin mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Belə obyektlərin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
32.2. Elektrik və istilik enerjisi şəbəkələrinin mühafizə zonaları və bu ərazilərdə işlərin aparılması qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
VIII fəsil
Azərbaycan Respublikasının elektroenergetika sistemində qəzalar və fövqəladə hallar zamanı elektroenergetika obyektlərinin idarə edilməsi
Maddə 33. Qəzaların qarşısının alınması və aradan qaldırılması tədbirləri
33.1. Elektroenergetika sistemində qəzaların təsnifatı, onların qarşısının alınması və aradan qaldırılmasıüzrə tədbirlərin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
33.2. Sistem qəzalarının aradan qaldırılması üçün sistem operatoru tərəfindən mülkiyyət növündən asılı olmayaraq, bütün enerji istehsalı və istehlakı müəssisələrinin gücləri cəlb edilə bilər.
33.3. Sistem operatoru güc çatışmazlığı nəticəsində elektroenergetika sistemində qəzaların qarşısının alınması və aradan qaldırılması məqsədilə su elektrik stansiyalarının qoyuluş gücündən tam istifadə etmək üçün su sərfiyyatına dair təsdiq edilmiş qrafikdə müvafiq dəyişiklik etmək hüququna malikdir.
33.4. Fövqəladə hallar zamanı elektroenergetika sisteminin idarə edilməsi ehtiyat
dispetçer xidməti məntəqəsindən həyata keçirilir.
Maddə 34. Qəza ehtiyatı (bron) üzrə enerji təchizatı
Sistem qəzaları baş verən zaman texnoloji səbəblərdən elektrik enerjisi fasiləsi təsərrüfat infrastrukturlarının fəaliyyətinin dayanmasına və insanların həyatı üçün təhlükəyə, ağır ekoloji, ictimai və ya iqtisadi nəticələrə səbəb ola biləcəyindən müəssisə və təşkilatların enerji təchizatı dispetçer xidməti tərəfindən hazırlanmış qəza ehtiyatını (bron) təmin edən sxemlər əsasında həyata keçirilir.
Maddə 35. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xallar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.
IX fəsil
Yekun müddəalar
Maddə 36. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
Maddə 37. Keçid müddəaları
35.1. Bu Qanunun 15-ci və 21.1.2-ci maddələri 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
35.2. Bu Qanunun 17.1.5-ci, 17.2.6-cı, 18-ci, 21.3-cu, 23.1-ci, 23.6-cı və 23.9-cu maddələrində göstərilmiş elektrik enerjisinin paylayıcısının funksiyalarını 2021-ci il yanvarın 1dək elektrik enerjisinin ötürücüsü həyata keçirir.
35.3. Bu Qanunun 16-cı, 17.1.3-cü, 19.4-cü və 21.1.1-ci maddələri 2023-ci il yanvarın 1dən qüvvəyə minir.
35.4. Bu Qanunun 17.1.7-ci, 17.1.8-ci, 17.2.6-cı, 19.3-cü, 20.1.1-ci, 21.1.3-cü, 18.2-ci və
19.3-cü maddələrində göstərilmiş elektrik enerjisinin satıcının funksiyalarını 2021-ci il yanvarın 1-dək elektrik enerjisinin paylayıcısı həyata keçirir.